İraq hökuməti Kürdüstanın müstəqillik referendumuna dair qərar qəbul edib

19:00 | 18.09.2017
İraq hökuməti Kürdüstanın müstəqillik referendumuna dair qərar qəbul edib

İraq hökuməti Kürdüstanın müstəqillik referendumuna dair qərar qəbul edib

İraq Ali məhkəməsi bu gün  İraq Kürdüstanının müstəqillik referendumunun dayandırılması barədə qərar qəbul edib. 

anews.az-ın məlumatına görə, bu barədə APA "Agence France-Presse" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.  ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək, referendumu təxirə salmağa çağırıblar. İraq Kürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb