İraq yeni ildən neft hasilatını azaltmağa başlayıb

21:50 | 05.01.2017
İraq yeni ildən neft hasilatını azaltmağa başlayıb

İraq yeni ildən neft hasilatını azaltmağa başlayıb

İraq OPEK-lə sazişə müvafiq olaraq yeni ildən etibarən neftin hasilatını azaltmağa başlayıb.  

Oxu.Az xəbər verir ki, bu barədə İraqın neft naziri Cabar əl-Laibi bildirib.

Noyabrın 30-da OPEK iclasda neftin qiymətinin sabitləşdirilməsi məqsədi ilə neft hasilatının gün ərzində həcminin 1,2 milyon barelə qədər ixtisar edilməsinə dair razılığa gəlib. İraq ilkin olaraq İŞİD ilə mübarizəyə görə sazişə daxil edilməməsini istəmişdi, amma daha sonra müqaviləyə qoşuldu. 

"İraq yeni ilin əvvəlindən ölkədəki yataqlarda neft hasilatının səviyyəsinin azaldılması yolu ilə OPEK-in qərarına sadiqliyini təsdiq edir”, - "Sputnik” agentliyi nazirin sözlərindən sitat gətirib. 

Əl-Laibi qeyd edib ki, hasilatın səviyyəsi dünya bazarında neftin qiyməti artdıqdan sonra dayandırılacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb