İrəvan növbəti dəfə yarımçıq sülh imzalamaq istədiyini bəyan edib

16:10 | 01.10.2024
İrəvan növbəti dəfə yarımçıq sülh imzalamaq istədiyini bəyan edib

İrəvan növbəti dəfə yarımçıq sülh imzalamaq istədiyini bəyan edib

Ermənistan növbəti dəfə 80% sülh sənədi üzrə razılaşdırılmış bəndlər üzərinə müqavilə bağlmaq istəyini bəyan edir. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib. 

"Bu gün də biz razılaşdırılmış bəndləri imzalamağa hazırıq, Ermənistanın siyasi iradəsi var”, - o bildirib. 
 
Bundan əvvəl Rəsmi İrəvan COP29 iqlim konfrasına qədər Azərbaycanı sülh sənədində razılaşdırılmış bəndlər üzrə müqavilə imzalamaya dəvət edib. 
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti Milli Məclisində çıxışında söyləyib ki, Ermənistan sülh müqaviləsində razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb. 
 
Bundan əvvəl Əliyev vurğulayıb ki, sülh sənədi istiqamətində iki ölkə arasında 80% razılaşma əldə edilib. 
 
Bundan əvvəl Ermənistanın baş naziri açıqlama verərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır.


Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında 50-dən çox ölkədən dövlət və hökumət başçıları da daxil olmaqla 80 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.
 
Gülnar Nazimqızı 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM