İş axtaran tələbələrin nəzərinə - FOTOLAR

14:15 | 10.04.2014
İş axtaran tələbələrin nəzərinə - FOTOLAR

İş axtaran tələbələrin nəzərinə - FOTOLAR

Bu gün Odlar Yurdu Universitetində gənclər üçün əmək yarmarkası təşkil olunub. ANS PRESS-in məlumatına görə, yarmarkada iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimov bildirib ki, bu yarmarka nazirliyin aktiv məşğulluq tədbirlərindən biridir:“Tədbirin əsas məqsədlərindən biri tələbələri, yəni gələcəyin iş axtaranlarını əmək bazarına inteqrasiya etməkdir. Biz burda tələbələri birbaşa işəgötürənlərlə görüşdürürük. Yarmarkada işəgötürənlərin stendləri ilə yanaşı xüsusi bir otaq da fəliiyət göstərir. Bu otağın məqsədi tələbələrə işəgötürənlərin tələblərinin izahı etmək və müsahibəyə necə hazırlaşmaq kimi məsələlər izah olunur. Tədbirdə 90-dan çox dövlət və özəl şirkət iştirak edir. 800-dən çox vakansiya burada tələbələrə təklif olunur. 2007-ci ildən bu tərəfə bu cür tədbirlər keçirilir. Nazir müavini qeyd edib ki, bu cür tədbirlər digər universitetlərdə də təşkil olunacaq. M.Kərimov həmçinin bildirib ki, əmək yarmarkalarında müxtəlif şirkətlər potensial işçilərlə tanış olurlar və onları işə götürürlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb