İŞİD Bakıya gəlir? - VİDEO

17:24 | 18.06.2014
İŞİD Bakıya gəlir? - VİDEO

İŞİD Bakıya gəlir? - VİDEO

İraqı işğal edən İŞİD-in növbəti hədəfləri açıqlanıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatlarda qeyd olunub ki, İŞİD Türkiyə, Kipr və Azərbaycanı işğal etmək niyyətindədir. Həmçinin Rusiya kütləvi informasiya vasitələrində yayılan məlumatlarda İŞİD-in yaxın vaxtlarda yuxarıda adı çəkilən dövlətlərə hücum etməyi planlaşdırdığı da qeyd olub. İran mətbuatında isə İŞİD-in işğal etdiyi torpaqlarda öz xəyal etdiyi dövləti qurmaq istədiyi qeyd olunub

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər. 

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb