İŞİD-dən "Qafqaza hücum!" bəyanatı

09:35 | 03.09.2014
İŞİD-dən "Qafqaza hücum!" bəyanatı

İŞİD-dən "Qafqaza hücum!" bəyanatı

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb

 “İslam Dövləti” terror qruplaşması internetdə yaydıqları video çarxda Çeçenistan və Qafqazda müharibəyə başlamaqları ilə hədələyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.    Video görüntüdə “İslam Dövləti” qüvvələrinin ələ keçirdikləri Suriyanın Rakka əyalətində yerləşən Tabaka hərbi aerodrom əks olunub. Qırıcı təyyarənin kabinəsində olan silahlı Çeçenistan və Qafqazı “azad etmək” niyyətində olduqlarını elan edib. Qeyd edək ki, video görüntüdə terrorçunun nitqi naməlum şəxs tərəfindən rus dilinə  tərcümə edilir.    Bundan başqa, silahlılar prezident Bəşəq Əsədi hədələyərək hökumət qoşunlarına  aviazərbələr endirəcəkləri ilə də hədələyiblər.   Qeyd edək ki,  “İslam Dövləti” terror qruplaşması avqustun sonunda Tabaka hərbi aerodromunu ələ keçirib. Nəticədə hərbi bazada olan ağır artilleriya sistemləri, tanklar və döyüş təyyarələri qruplaşmanın nəzarətinə keçib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM