İŞİD-ə qoşulmaq istəyən qardaş bacısının boğazını kəsdi - FOTO

11:47 | 07.01.2015
İŞİD-ə qoşulmaq istəyən qardaş bacısının boğazını kəsdi - FOTO

İŞİD-ə qoşulmaq istəyən qardaş bacısının boğazını kəsdi - FOTO

Danimarkanın Horsens şəhərində ailəsi ilə birgə yaşayan 28 yaşlı suriyalı aktrisa Şinda Xəlil ötən ilin sonlarında öldürülüb.

ANN.Az xəbər verir ki, aktrisanın qardaşı İŞİD-ə qoşulmaq üçün bacısından pul tələb edib, buna mənfi cavab aldığına görə onu qətlə yetirib.

Danimarka və ərəb qəzetlərində yer alan xəbərə görə, Şinda Xəlili öldürən qardaşının 24 yaşı olub və o, bacısından yola çıxmaq üçün 100 Avro pul istəyib. Amma aktrisa bunu verməkdən imtina edib. Bundan sonra qatil qardaş bacısının üzünə, bədəninin ayrı-ayrı nahiyələrinə müxtəlif dərəcəli bıçaq zərbələri endirib və sonda boğazını kəsib. İlkin ehtimallara görə, hadisə baş verən zaman qatil qardaş sərvoş olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb