İŞİD-ın 6 milyon dollarını oğurladı

19:30 | 22.07.2015
İŞİD-ın 6 milyon dollarını oğurladı

İŞİD-ın 6 milyon dollarını oğurladı

İŞİD terrorçularından terror təşkilatına ağır zərbə dəyib.

ANS PRESS-in məlumatına görə, öz komandanı təşkilata qarşı görülməmiş dələduzluq edib. 

Belə ki, Əbu Fatıma əl Tunisi təşkilatın kassasından 6 milyon dollar oğurlayaraq yoxa çıxıb. 

Terrorçuların komandirlərindən olan əl Tunisi keçmiş yoldaşlarına mesaj göndərməyi də unutmayıb. 
O, milyonlarla qaçarkən arxasından ancaq bir məktub qoyub. 

İddiaya görə, məktub İŞİD rəhbərlərinə ünvanlanıb. Orada belə yazılıb: "Nə İslam dövləti, nə xilafət? Ey səfeh oğulları!".

İŞİD-çının özünə yaxın 6 terrorçu ilə birlikdə Türkiyə ərazisinə keçdiyi güman edilir. Onun tapılması üçün əməliyyat başlayıb. 

Qeyd edək ki, İŞİD terrorçuları Suriya və İraqın bir neçə şəhərini zəbt ediblər. Onlar burada xilafət qurmaq niyyətindədirlər. Terrorçular qaydalarına riayət etməyənləri edam edirlər - insanların başı kəsilir, hündürmərtəbəli binadan atılır və ya diri-diri yandırılırlar.

Terror qruplaşmasının özündə bezən terrorçular İŞİD-dan qaçmağa başlayıblar. Bu zamana kimi onlarla gənc düşdüyü bu bataqdan canını xilas etmək üçün sərhədləri keçərək Suriya və İraqdan uzaqlaşmağa çalışır. Bunun üçün onlar qadın paltarları geyinməkdən belə çəkinmirlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti