İŞİD son 5 ayda ən irimiqyaslı hərbi əməliyyat keçirib, yüzlərlə insan ölüb

17:59 | 18.12.2015
İŞİD son 5 ayda ən irimiqyaslı hərbi əməliyyat keçirib, yüzlərlə insan ölüb

İŞİD son 5 ayda ən irimiqyaslı hərbi əməliyyat keçirib, yüzlərlə insan ölüb

 İŞİD terrorçuları son 5 ay ərzində İraqın şimalında ən böyük hərbi əməliyyat həyata keçirib.
 
APA-nın xəbərinə görə, bu barədə The "New York Times” nəşri məlumat yayıb.
 
Məlumatda bildirilir ki, hücuma əsasən kürd döyüşçülərin (Peşmərgə) Başika düşərgəsindəki mövqeləri, Narvan və Tal-Asvad yaşayış məntəqələri məruz qalıb.
 
Hücumun qarşısı ABŞ rəhbərliyi altında koalisiyanın dəstəyi ilə alınıb.
 
Aviazərbələr nəticəsində təxminən 280 terrorçu öldürülüb. Toqquşmalarda kürdlər də onlarla döyüşçü itib.
 
Qeyd edilir ki, hücumda məqsəd koalisiya qüvvələrinin zəiflədilməsi və Mosulun geri qaytarılmasına hazırlıq olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb