İsmayıllı-Şamaxı yolunu buz bağladı: Maşınlar yolda qalıb

09:57 | 08.01.2015
İsmayıllı-Şamaxı yolunu buz bağladı: Maşınlar yolda qalıb

İsmayıllı-Şamaxı yolunu buz bağladı: Maşınlar yolda qalıb

İsmayıllı rayonuna güclü qar yağıb.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, rayonun ərazisinə güclü qarın yağması bir sıra fəsadlar törədib.

Məlumata görə, havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisindən keçən İsmayıllı-Şamaxı yolu buz bağlayıb.

Adıçəkilən yoldan istifadə edən sürücülərin avtomobili mövsümə uyğun hazır olmadığı üçün yolda qalıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun yaydığı məlumata görə, yanvarın 8-də Azərbaycanda havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı barədə məlumatı artıq özünü doğruldub. Bu saatlarda ölkənin bütün rayonlarında havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Dağ rayonlarında, xüsusilə Şimal və Qərb bölgəsində güclü külək əsir.

Əksər yolları buz bağlayacaq.

ANN.Az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM