İspaniya futbolunda rüşvət qalmaqalı

19:33 | 25.09.2014
İspaniya futbolunda rüşvət qalmaqalı

İspaniya futbolunda rüşvət qalmaqalı

İspaniya Rüşvət və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi La Liqada danışılmış oyunlarla bağlı araşdırmalara başlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 2011-ci ilin mayında oynanılan "Levante" - "Saraqoza" matçının nəticəsinin öncədən müəyyənləşdirildiyi aşkar olunub.
2010/2011 mövsümünün son görüşündə "Levante" səfərinə gedən "Saraqoza" qalib gələcəyi təqdirdə növbəti mövsüm də La Liqada oynamaq hüququ qazanacaqdı. Həmin görüşdə 2:1 hesabı ilə qələbə qazanan "Saraqoza" La Liqada qaldığı halda, "Deportivo", "Herkules" və "Almeriya" klubları aşağı diviziona düşürülmüşdü. Adı çəkilən görüşdə "Levante"nin bəzi futbolçularının və nümayəndələrinin "Saraqoza"ya məğlubiyyətə görə pulla mükafatlandırıldığı iddia olunur.
Həmin şəxslərin günahı sübuta yetirilərsə, onlar ömürlük olaraq idman müsabiqələrindən kənarlaşdırılacaq və ya həbs ediləcəklər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM