İspaniyada koronavirusdan ölənlərin sayı 3 mini keçdi

16:05 | 25.03.2020
İspaniyada koronavirusun ölkədə yayılmağa başlamasından bəri 47 610 nəfər infeksiyaya yoluxub.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, son sutka ərzində İspaniyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı, demək olar, 8 min nəfər artıb, gün ərzində virusdan 738 nəfər ölüb. Bununla da İspaniyada yeni növ koronavirusdan ölənlərin sayı 3 434 nəfərə çatıb. 5 677 xəstə isə sağalıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM