İsrail intiqam andı içdi

17:34 | 01.07.2014
İsrail intiqam andı içdi

İsrail intiqam andı içdi

Netanyahu 3 yəhudinin ölümündən sonra "Həmas"ı hədələyib

İsrail baş naziri Binyamin Netanyahu 3 yəhudinin ölümündən sonra "Həmas"ı hədələyib. 

ANS PRESS-in məlumatına görə, Qərbi Şəriyədə 12 iyunda itən 3 yəhudinin cəsədlərinin tapılmasından sonra kabinetin fövqəladə yığıncağını çağıran baş nazir "Həmas bunun əvəzini ödəyəcək",-deyə bildirib. 

Yığıncaq zamanı verilən məlumata görə, qaçırılan uşaqlar soyuqqanlı bir şəkildə qətlə yetirilib. İntiqam andının edildiyi deyilən məlumatda yəhudi cəmiyyətinin çox acı bir gün yaşandığı və həlak olan bu üç uşaq üçün cənazə mərasimin təşkil ediləcəyi ifadə edilib. 

Qeyd edək ki, "Həmas" İsrailin bu ittihamlarını qəbul etməyib. ABŞ prezidenti Barak Obama isə Qərbi Şəriyədə cəsədləri tapılan 3 yəhudi gəncin ailələrinə başsağlığı verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb