İstanbulda LGBT yürüşünə polis basqını

14:50 | 20.06.2016
İstanbulda LGBT yürüşünə polis basqını

İstanbulda LGBT yürüşünə polis basqını


Türkiyənin İstanbul şəhərində polis LGBT icmasının yürüşünə rezin güllələr və gözyaşardıcı qazla basqın edib.

İyunun 19-da Taksim meydanındakı "Trans Pride” yürüşünü əngəlləmək məqsədilə polis ərazini mühasirəyə alıb. 2013-cü ildən bu meydanda nümayişlər qadağan olunub.

Türkiyə mediası azı 2 nəfərin saxlandığını bildirir.

Hakimiyyət hələ iyunun 17-də gey paradların qadağan olunduğunu bildirmişdi, səbəb kimi də ultramillətçilərin xəbərdarlığını göstərmişdi.

Türkiyədə iyunun 26-na illik Gey Parad planlaşdırılır, ona da məhdudiyyət qoyulub. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM