İstanbulda maskalılar aranı qarışdırdı

10:27 | 17.06.2014
İstanbulda maskalılar aranı qarışdırdı

İstanbulda maskalılar aranı qarışdırdı

Türkiyənin İstanbul şəhərində növbəti icazəsiz aksiya iğtişaşlara çevrilib. ANS PRESS-in məlumatına görə, Diyarbəkirin Lice rayonunda Türkiyə bayrağının bir nümayişçi tərəfindən endirilməsinə qarşı etirazlara dəstək vermək üçün bir qrup üzü maskalı şəxs İstanbulun Okmeydanı ərazisində toplaşıb. İğtişaşlar törədən etirazçılar polisə daş, fişəng və Molotoff kokteyli atıblar. Molotoff kokteyllərindən biri zirehli polis maşınının yanmasına səbəb olub. Yanğın toplu-müdaxilə maşınlarının su şırnağı ilə söndürülüb. İğtişaşların baş verdiyi yerin qarşısındakı parkda istirahət edən sakinlər isə baş verənləri günəbaxan tumu çırtlayaraq izləyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb