İtaliyanın 50 bölgəsində "sarı təhlükə" xəbərdarlığı edilib

08:52 | 18.09.2024
İtaliyanın 50 bölgəsində

İtaliyanın 50 bölgəsində "sarı təhlükə" xəbərdarlığı edilib

Mərkəzi Avropanı bürüyən güclü "Boris" qasırğası İtaliyaya çatır. Bu barədə BBC agentliyi məlumat yayıb.


Ölkənin əksər hissəsi üçün güclü yağış, güclü külək və daşqınla bağlı xəbərdarlıq edilib.

İtaliyanın mərkəzindəki Peskara şəhərində artıq daşqınlar başlayıb.

Bu həftə Polşa, Çexiya, Rumıniya və Avstriyanın bəzi bölgələrində daşqınlar ən azı 21 nəfərin ölümünə səbəb olub.

Xorvatiya, Macarıstan və Slovakiya hakimiyyət orqanları da yaxın günlərdə daşqın təhlükəsi barədə xəbərdarlıq edir.

İtaliyada milli mülki müdafiə xidməti fırtına, torpaq sürüşməsi və daşqın təhlükəsi barədə xəbərdarlıq edərək, təxminən 50 bölgə üçün sarı təhlükə səviyyəsi elan edib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM