İtaliyanın Azərbaycandakı səfiri ADU tələbələri ilə görüşdü - Fotolar

20:07 | 03.03.2016
İtaliyanın Azərbaycandakı səfiri ADU tələbələri ilə görüşdü - Fotolar

İtaliyanın Azərbaycandakı səfiri ADU tələbələri ilə görüşdü - Fotolar


Bu gün Azərbaycan  Dillər Universitetinin (ADU) İtalyan dili Mərkəzində universitetin Fransız və italyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə İtaliyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillo ilə görüş keçirildi.
 
Görüşdə adıçəkilən kafedranın rəhbəri Səbinə Mahmudova, kafedranın müəllimləri, universitetin  italyan dili  müəllimi Stefano Muscaritolo, həmçinin qonaq qismində italyan dili müəllimi Marcella Wolf  və  Tərcümə fakültəsinin İtalyan dilinin tərcüməsi ixtisası üzrə təhsil alan tələbələri iştirak edirdilər.
 
Səfir ADU-da olmaqdan və tələbələrlə görüşdən məmnun olduğunu bildirdi, belə görüşlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirdi. O, Azərbaycandakı missiyası zamanı ən yaddaqalan xatirələri tələbələrlə bölüşdü. Çıxışı zamanı səfir G.Cutillo şəxsi müşahidəsinin nəticəsi olaraq Azərbaycan və İtaliya arasındakı oxşar və fərqli cəhətlərdən də söz açdı.
 
Tələbələri maraqlandıran sualları cavablandıran səfir Giampaolo Cutillo görüş iştirakçılarına dərin minnətdarlığını bildirdi. O, bu kimi görüşlərin daha tez-tez keçiriləcəyinə ümid etdiyini söylədi.
 
Qeyd edək ki, Azərbaycan  Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin Fransız dili və italyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə mart ayının ilk ongünlüyünün müvafiq tarixlərində İtalyan dili müəllimi Marcella Wolf italyan dilinin tərcüməsi ixtisası üzrə təhsil alan tələbələrin şifahi ünsiyyət və nitq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə danışıq dərsləri keçirir.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM