İtalyanlar Azərbaycanda film çəkəcəklər - VİDEO

15:49 | 22.10.2014
İtalyanlar Azərbaycanda film çəkəcəklər - VİDEO

İtalyanlar Azərbaycanda film çəkəcəklər - VİDEO

“İtalyan rejissorlar Azərbaycanda film çəkmək istəyirlər”
Oktyabrın 20-də  Bakıda İtaliya Film Festivalının açılışı mərasimi keçirilib. Festivalda iştirak edən italyan aktrisa Anita Kravos həmyerlilərinin Azərbaycanda film çəkmək istəyində olduğunu bildirb.
 “Mənim sevgilim qatildir” adlı filmdə baş rolda oynayacağını deyən Anita Kravos bu filmdə iki azərbaycanlı aktyorun da rol alacağını söyləyib:
“Digər bir film isə Azərbaycana gələn italiyalının hekayəsindən bəhs edir”. 
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, İtaliya Film Festivalı oktyabrın 20-dən 25-dək “28 Cinema”da keçirilir.
Festival İtaliya cəmiyyəti N.I.C.E, İtaliyanın və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə reallaşıb.
Bir həftə davam edəcək festivalın sponsorları “Yapikredi” bank, Port Baku, Hilton hotel, informasiya dəstəyi isə “Nargis Magazine” jurnalıdır.
Festival müddətində 6 film nümayiş olunacaq.
Bunların arasında İtaliyaya uğur gətirən, 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülən “Böyük gözəllik” filmi də var.
Oxu Zalı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb