İvanka Trampın fondu ərəblərdən $100 milyon alacaq

11:00 | 23.05.2017
İvanka Trampın fondu ərəblərdən  $100 milyon  alacaq

İvanka Trampın fondu ərəblərdən $100 milyon alacaq

ABŞ prezidentinin qızı və Ağ evin müşaviri İvanka Trampın iştirak etdiyi tədbirdə Dünya bankı bəyan edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ qadın-sahibkarlar fonduna 100 milyon dollar vəsait ayıracaqlar. 

Anews.az xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat yayıb. 

Qeyd edilir ki, İvanka Trampın fondu hazırda formalaşır və bu fond Yaxın Şərqdə qadınların maliyyə yardımına və bazarlara çıxışını asanlaşdırmağa istiqamətlənib.  

ABŞ prezidentinin qızı öz növbəsində bəyan edib ki, onun rolu ABŞ və bütün dünyada qadınların imkanlarını genişləndirməkdən ibarətdir. 

İvanka Tramp həmçinin ABŞ prezidenti Donald Tramp ilə bərabər səfər etdiyi Səudiyyə Ərəbistanında qadınların hüquqları ilə əlaqədar inkişafı da qeyd edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb