"İxrac etdiyimiz qeyri-neft məhsullarının çeşidi 28% artıb"

17:10 | 05.07.2016

"İxrac etdiyimiz qeyri-neft məhsullarının çeşidi 28% artıb"

Bu ildən Azərbaycanın xaricə ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28% artıb.
 
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
 
Onun sözlərinə görə, gələcəkdə də qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracında artım gözlənilir: "Azərbaycanda qeyri-neft sənayesində inkişaf göstəriciləri müsbətdir. Neçə ildir ki, bu sahə inkişaf edir. Qeyri-neft sektorunun ixracının artımını biz gələcəkdə də gözləyirik. Bundan əlavə, bizim sənayemiz istehlak olunan malların da daxildə istehsalına yönəlib ki, bu da Azərbaycana valyuta qənaəti imkanı yaradacaq və idxaldan asılılıq bir qədər də azaldacaq. Artıq biz idxal məhsullarının çeşidlərinə baxarkən Azərbaycan sənayesinin, xüsusilə də qida sənayesinin inkişafını görürük", - deyə S.Həsənova vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb