İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - YENİLƏNİB

18:49 | 05.01.2017
İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - YENİLƏNİB

İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - YENİLƏNİB

 

İzmirdə məhkəmə binasında baş verən partlayışda 1 polis və məhkəmə əməkdaşı şəhid olub.
 
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, hadisə zamanı 1 polis, 1 isə məhkəmə əməkdaşı ölüb, 11 nəfər mülki vətəndaş isə yaralanıb. Yaralılar qısa bir müddətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerində geniş miqyaslı əməliyyat aparılır. Terroristlərdən ikisi öldürülüb, birinin isə axtarışı davam etdirilir.
 
***

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

ANN.Az xəbər verir ki, APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib.

Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.
 

 

*** 

 

Türkiyənin İzmir şəhərində partlayış baş verib.


ANN.Az "CNN Türk”ə istinadən xəbər verir ki, İzmir Ədliyyə binası yaxınlığında avtomobil partladılıb. "CNN Türk" müxbirinin canlı yayımda verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb. Partlayışda ölənlərin olmadığı qeyd edilib.


 

 

Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.


Kamil Əmirli


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb