Jirinovski: Rusiya olmasaydı, Qarabağda erməni qalmayacaqdı

11:05 | 26.07.2018
Jirinovski:  Rusiya olmasaydı, Qarabağda erməni  qalmayacaqdı

Jirinovski: Rusiya olmasaydı, Qarabağda erməni qalmayacaqdı

Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən ermənilər Qarabağda sakit yaşayır.
 
Oxu.Az xəbər verir ki, bu fikirləri Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski "Rossiya 1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib. 

Onun sözlərinə görə, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi. 

"Bu sözlər Tacikistan və Donbasa da aiddir. Əgər siz rusları sıxışdırıb öldürməsəydiz, heç bir problem olmazdı”, - Jirinovski bildirib.

O əlavə edib ki, gürcü hərbçilər son 20 ildə 100 rus xüsusi təyinatlısını öldürüb:

"Biz bunu dayandırdıq, Osetiya və Abxaziyanı xilas etdik. Biz bütün keçmiş SSRİ-nin əhalisini qoruyacaq və xilas edəcəyik. Demokratiya budur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb