Jirinovskini məhkəməyə verdilər

17:02 | 26.11.2013
Jirinovskini məhkəməyə verdilər

Jirinovskini məhkəməyə verdilər

Dağıstanlı vəkil Şamil Şeyxov Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə qarşı iddia qaldıraraq, onun Volqoqradda baş verən terror hadisəsindən sonra Şimali Qafqazda yaşayanlara qarşı işlətdiyi ifadələrə görə üzr istəməsini tələb edib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Moskvanın Meşşan rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib. İddianın baxılacağı tarix bilinmir. Məhkəməyə təqdim edilən ərizədə iddiaçı Jirinovskinin sözlərinin “ekstremist və separatçı” sayılmasını, həmçinin, “qafqazlıların namus, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməsi” kimi tanınmasını tələb edib. Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin də V. Jirinovskini tənqid edib. O, LDPR liderindən xahiş edib ki, elektoratını gücləndirmək naminə Rusiyanın fundamental dəyərlərinə zərər gətirməsin. Öz növbəsində, “Yabloko” Partiyasının rəhbəri Sergey Mitroxin də Jirinovskinin ifadələrinin “ekstremizm” nöqteyi-nəzərindən yoxlanılmasını müstəntiqlərdən xahiş edib. Liberal Demokrat Partiyasının Çeçen şöbəsi isə partiya liderinin fəaliyyətinə etiraz olaraq özünü buraxdığını bildirib. Xatırladaq ki, oktyabrın 24-də “Mubahisə” televiziya proqramında terrora qarşı mübarizə üsullarından danışan V. Jirinovski Şimali Qafqazı tikanlı məftillərlə əhatəyə almağı təklif edib. Bundan başqa, V. Jirinovski Şimalı Qafqaz regionunun vətəndaşlarının Rusiya ərazisində sərbəst yerdəyişmələrinə qanunla məhdudiyyət qoyulmasını və üçüncü uşağın doğulmasını qadağan etməyə çağırıb. O, əhalinin həddən artıq çoxalmasının cinayətin səviyyəsinin artımına gətirib çıxardığını qeyd edib, tikanlı məftillərdən istifadəni isə terror təhlükəsinin qarşısının alınması üçün mümkün tədbir kimi qələmə verib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb