Joel Matip "Liverpul"da

21:27 | 01.07.2016
Joel Matip

Joel Matip "Liverpul"da

Liverpul Joel Matiplə müqavilə bağlayıb. 

ANN.Az goal.com-a istinadən xəbər verir ki, Liverpul klubu yeni mövsüm əvvəli növbəti transferini açıqlayıb. Kamerunlu Joel Matipin rəsmən transfer etdiyini bildirən klub, müqavilə şərtlərini açıqlamayıb. 2009-cu ildən "Şalke 04" klubunu təmsil edən Matip, eyni zamanda Kamerun millisinin də formasını geyinir. Ulduz futbolçu bu mövsüm "Liverpul"un dördüncü transferi olub. 

Qeyd edək ki, Premyer Liqa təmsilçisi bundan əvvəl "Sadio Mane", "Marko Grujic" və "Loris Karius"u da heyətinə qatıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM