Jurnalist Rasim Əliyev hansı səbəbdən vəfat edib?

14:54 | 03.11.2015
Jurnalist Rasim Əliyev hansı səbəbdən vəfat edib?

Jurnalist Rasim Əliyev hansı səbəbdən vəfat edib?

ANN.Az-ın redaksiyasına jurnalist Rasim Əliyevin ölümü ilə bağlı 1 nömrəli Şəhər Klinik xəstəxanasındakı mənbədən informasiya daxil olub. 

Xəbəri ötürən mənbə bildirib ki, Rasim Əliyev daxili qanaxmadan, həmçinin cərrahiyə əməliyyatından əvvəl edilən səhv anesteziyadan vəfat edib. Mənbənin sözlərinə görə, jurnalist 2015-ci il 8 avqust tarixində xəstəxanaya yerləşdirilsə də, cərrahiyə əməliyyatı gecə saat 01:00-dən sonra xəstənin səhəti kəskin pisləşəndən, arterial təzyiq aşağı düşəndən və qusma başlayandan sonra həyata keçirilib. Əliyevi Elnarə adlı anestezioloq əməliyyatdan öncə anesteziya edib, ancaq xəstəyə edilən anesteziyaya narkozun adekvatlığını təmin edən komponentlər vurulmayıb. Əməliyyatın lap öncəsində xəstənin bədənində yarıq açan həkimlər güclü daxili qanaxma aşkar ediblər, qeyri-adekvat narkoz nəticəsində isə xəstə vəfat edib. Mənbə bildirib ki, jurnalist cərrahiyə əməliyyatının əvvəlində keçinib. 

ANN.Az Səhiyyə nazirliyinin mətbuat xidmətinə mənbənin göndərdiyi məlumatın səhihliyini dəqiqləşdirmək üçün sorğu göndərib. Biz nazirliyin rəsmi cavabını yayımlamaqla oxucularımızı məlumatlandıracağıq. 

Rasim Əliyev 8 avqust 2015-ci il tarixində bir qrup şəxs tərəfindən döyüldükdən sonra, 1 nömrəli Şəhər Klinik xəstəxanasına çatdırılıb. Əliyev avqustun 8-dən 9-una keçən gecə xəstəxanada naməlum səbəblərdən vəfat edib. Bakı şəhər prokurorluğu jurnalistin ölümüylə bağlı cinayət işi qaldırıb. Hazırda təhqiqatlar davam etdirilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM