Jurnalistin döydürülməsində ittiham olunan siyasətçi danışdı

17:29 | 01.10.2015
Jurnalistin döydürülməsində ittiham olunan siyasətçi danışdı

Jurnalistin döydürülməsində ittiham olunan siyasətçi danışdı

Türkiyənin "Hürriyet" qəzetinin yazarı Əhməd Hakanın döydürülməsində ittiham olunan və mühacirətdə yaşayan iş adamı, siyasətçi Cem Uzan açıqlama ilə çıxış edib.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, dünən Cem Uzana aid olduğu iddia edilən bir twitter hesabıyla Əhməd Hakan arasında təhdid və təhqir dolu dialoq keçmişdi. Az sonra isə Əhməd Hakan evinin qarşısında 4 nəfər tərəfindən qəddarcasına döyülmüşdü. Bu gün Cem Uzan haqqında danışılan twitter hesabı ilə bağlı açıqlama verib. O, "Sosial mediada mənim adıma bir çox "fake", saxta profillər açılıb. Mənim rəsmi twitter profilim belədir: @CemCUzan. Xüsusilə @UzanCC adlı saxta profil dəfələrlə mənim əsl profilimdəki statuslarımı kopyalayaraq öz səhifəsinə atıb. Eyni zamanda Əhməd Hakana yönəlik spylədiyim iddia olunan "Səni Şanzelizəyə qədər qovaram" twitti də bu saxta hesabda mənim adımdan verilib".

Cem Uzan Əhməd Hakana hücum edənləri qınadığını, şəfalar dilədiyini bildirib: "Mən həyatımda kimsəyə qarşı fiziki müdaxilə, hücum haqqında düşünmımişəm. Bu hücumun səbəbkarlarının axtarılıb tapılmasını tələb edirəm".

Daha sonra mühacir siyasətçi bunları əlavə edib: "Milyonlarla dollar həcmində olan bütün var-dövlətim haqsız və qanunsuz olaraq müsadirə edildiyində belə mən fiziki güc istifadə eləmədim, bunu hər kəsin bilməsini istəyirəm".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM