Kadırovun oğlu rəqibini nokaut etdi - VİDEO

16:41 | 05.10.2016
Kadırovun oğlu rəqibini nokaut etdi - VİDEO

Kadırovun oğlu rəqibini nokaut etdi - VİDEO

Qroznıda "Grand Prix Akhmat 2016” döyüş turniri keçirilib, turnir çərçivəsində uşaq döyüşləri də keçirilib. Döyüşlərdə Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğulları da iştirak edib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 10 yaşlı Əhməd Kadırov Dəmir Şevhujevi 33 kq çəki kateqoriyasında döyüşün 14-cü saniyəsində nokaut edib. 

9 yaşlı Zəlimxan (Əli) Kadırov hakimlərin yekdil qərarı ilə 27 kq çəki kateqoriyasında Danil Şalak üzərində qələbə qazanıb. 

8 yaşlı Adam Kadırov 35 kq çəki kateqoriyasında David Xalatova qalib gəlib.  

Turnir Ramzan Kadırovun ad günü ərəfəsində keçirilib. Bu gün Çeçenistan rəhbərinin 40 yaşı tamam olur. Məhz bu gün o, rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. Sentyabrın 18-də Çeçenistanda 13 il ərzində ilk dəfə region rəhbərinin birbaşa seçkiləri keçirilib. Kadırova seçicilərin 97,94%-i səsə verib. 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM