Kadırov meri döyüşə çağırdı

12:27 | 12.03.2014
Kadırov meri döyüşə çağırdı

Kadırov meri döyüşə çağırdı

Çeçenistanın dövlət başçısı Ramzan Kadırov məmuru boks rinqinə çağırıb. ANS PRESS-in məlumatına görə, Kadırov boksa olan sevgisi ilə seçilir. Onun döyüşə çağırdığı şəxs isə Qroznı şəhərinin meri, yaxın qohumu olan İslam Kadırovdur. Kadırov merin ancaq gücünü deyil, şəhər haqqında biliklərini də sınağa çəkib. "Bu gün mən kiçik qardaşım İslam Kadırovu rinqə çağırmışdım. Hər şeydən əvvəl o şəhər haqqında imtahandan keçirilib. İslam heç bir kömək olmadan Qroznıda necə fərdi və çoxmərtəbəli bina, yarımstansiya, məktəb, xəstəxana, uşaq bağçası, park, avtobus, taksi, hətta keçə fənəri olduğunu dedi", deyə Kadırov öz "Instagram" səhifəsində yazıb. Kadırov şəhər merinə beşballıq cədvəllə yeddi qiymət verəndə isə o bir səhv buraxıb. Belə ki, Qroznoda necə ağac və kol olması barədə suala cavab axtararkən fikirləşməyə başlayıb. Buna görə, onun balı salınıb və "5+" verilib. Çeçenistan rəhbərinin sözlərinə görə, İslam Kadırov boks əlcəyində də özünü şəhəri idarəetməsindəki kimi inamlı aparır. "O, mükəmməl fiziki formadadır". Qeyd edək ki, 26 yaşlı İ.Kadırov 2012-ci ildən mer vəzifəsini icra edir. Bir müddət öncə R.Kadırov Çeçenistanın idman nazirini də rinqə dəvət etmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb