Kafe sahibi yeməklərə narkotik maddə qatıb - QALMAQAL

23:59 | 01.10.2014
Kafe sahibi yeməklərə narkotik maddə qatıb - QALMAQAL

Kafe sahibi yeməklərə narkotik maddə qatıb - QALMAQAL

Çin polisi bir vətəndaşı məcburi narkotestdən keçirərkən maraqlı hadisə ilə rastlaşıb. Lent.az-ın 7sur7.be saytına istinadən məlumatına görə, heç vaxt narkotik vasitədən istifadə etmədiyini deyən kişinin sidiyində narkotik maddə tapıldığı üçün o həbs edilib. Qohumları isə buna inanmayıblar. Bir neçə gün əvvəl təsadüfən bir kafedə nahar etdiyini deyən dustaq qohumlarını orda nahara etməyə göndərib. Nahardan sonra polis idarəsinə qayıdan ailənin bütün üzvlərinin sidiyində narkotik tapılıb.
Polis bundan sonra kafeyə girərək bütün müştəriləri məcburi müayinədən keçirib. Hamının sidiyində narkotik tapıldıqdan sonra kafe sahibi həbs edilib. O, dindirmə zamanı etiraf edib ki, müştərilərin kafeyə təkrarən gəlməsi üçün xörəklərə marixuana qatırmış.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb