​Kaliforniyada atışma: yaralılar var

12:58 | 15.06.2016
​Kaliforniyada atışma: yaralılar var

​Kaliforniyada atışma: yaralılar var

Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərinin mərkəzi hissəsində naməlum şəxs atəş açıb.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma zamanı 6 nəfər güllə yarası alıb. Onların arasında 16 yaşlı qız uşağı da var ki, hazırda onun vəziyyəti ağırdır.

Kimin məhz atəş açmağa başladığı məlum deyil. Polis nümayəndələri hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirməyiblər.

İlkin məlumatlara görə, atəş açılan insanlar ötən il ölən yerli sakinin xatirəsinə həsr olunmuş hüzn mərasiminin iştrakçıları olublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM