Kamal Abdullanın trilogiyası Rusiyada

21:02 | 09.09.2016
Kamal Abdullanın trilogiyası Rusiyada

Kamal Abdullanın trilogiyası Rusiyada

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma” - "Sehrbazlar dərəsi” - "Unutmağa kimsə yox...” adlı romanlardan ibarət trilogiyası Rusiyanın məşhur "Художественная литература” тəşriyyatı tərəfindən "Qarağacın kölgəsində” adlı kitabda (Под сенью Карагача. Москва, "Художественная литература” nəşriyyatı, 2016-cı il, 728 səhifə) bir yerdə nəşr edilib.

Müxtəlif vaxtlarda dünyanın aparıcı dillərində 20-dən çox ölkədə dərc olunan bu romanlar müxtəlif süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunur.

"Qarağacın kölgəsində” kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur. 

Kitabdakı ilk roman "Yarımçıq əlyazma” mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - "Sehrbazlar dərəsi” və "Unutmağa kimsə yox...” isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur.

"Qarağacın kölgəsində” kitabına son sözü "Художественная литература” Nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgiy Pryaxin yazıb. 

Ürək genişliyi ilə yazılan bu sonsözdə Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.//525.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb