Kamran Əliyev "Tərtər işi"dən danışdı

12:15 | 10.05.2021
Kamran Əliyev

Kamran Əliyev "Tərtər işi"dən danışdı

"Tərtər işi" ilə bağlı əlavə araşdırmalara ehtiyac yoxdur, bunu jurnalistlərə baş prokuror Kamran Əliyev  bu gün bildirib. 
 
""Tərtər işi” ilə bağlı istintaq 2017-ci ildə aparılıb. Müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız hay-küy yaratmaq absurddur”,  - deyə o, söyləyib. 

2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayır.

Onlar bildiriblər ki, Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb və məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilib və onlar həbs edilib.

İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərinin adlarını verməkləri istənilib.

Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.




www.anews.az
2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb