Kanadada evtanaziya qanuniləşdirildi

18:00 | 18.06.2016
Kanadada evtanaziya qanuniləşdirildi

Kanadada evtanaziya qanuniləşdirildi

Kanada Parlamenti evtanaziyanın tətbiqinə icazə verən qanun qəbul edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə CBC News məlumat yayıb.

Qeyd edilir ki, bu ərəfədə qanun layihəsi kral sanksiyası alıb. Qanun senatda qəbul edilib, 44 nəfər lehinə, 28 nəfər isə qanunun əlehinə səs verib. 

Daha öncə Kanadada yeni qanun layihəsinə görə, evtanaziyanın yalnız kanadalılar və ölkənin daimi sakinləri üçün tətbiq ediləcəyinə dair məlumat yayılmışdı. 

2016-cı ilin fevral ayında Kanadanın Ali Məhkəməsi həkimlərə yalnız ağır və müalicəsi olmayan xəstəliklər halında evtanaziyanı tətbiq etməyə icazə verib, bu icazə ilə də 1993-cü il qadağası ləğv edilib. 

Evtanaziyaya dünyanın İsveçrə, İsveç, Belçika və Niderland kimi bir neçə ölkəsində icazə verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM