Kanadanın neft şirkəti Azərbaycanda yeni müəssisə yaradıb

11:37 | 27.01.2016
Kanadanın neft şirkəti Azərbaycanda yeni müəssisə yaradıb

Kanadanın neft şirkəti Azərbaycanda yeni müəssisə yaradıb

Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanın quru sahəsində yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunda əməliyyatlar aparmaq üçün "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb.

 "Report" xəbər verir ki, bu barədə Kanadanın "Stockhouse" maliyyə xəbərləri portalı məlumat yayıb.

Qeyd olunub ki, şirkətin digər ölkələrdə yaratdığı müəssisəslər kimi Azərbaycandakı müəssisə də yerli adla yaradılıb: "Aran şirkətin əməliyyat apardığı 3 yatağın yerləşdiyi regiondur".

"Zenith Aran Oil Company Ltd." şirkətinin "Azure Plaza"da yerləşən Bakı ofisi vasitəsilə fəaliyyət göstərəcək.

Qeyd olunub ki, şirkət və onun məsləhətçiləri hazırda əməliyyatları rəsmi olaraq "Zenith Aran Oil Company" müəssisəsinə ötürmək üçün işlər aparır. 

Şirkətin Azərbaycanda əməliyyat aparacağı ərazi 642,4 kv. km-dir.Bu ərazidən hazırda gündəlik 350 barel xam neft hasil olunur. "Muradxanlı-Cəfərli-Zərdab" blokunda "Zenith" şirkəti operator olacaq və 80% paya malikdir. Dövlətyin payı isə 20% təşkil edəcək. Layihə 25 il müddətinə nəzərdə tutulub və əlavə olaraq 5 il uzadılması mümkündür.

Qeyd edək ki, ötən il sentyabrın sonunda Kanadanın "Zenith Energy Ltd." enerji şirkətinin Direktorlar Şurası Azərbaycanda regional ofisin açılması barədə qərar qəbul edib. Bu, "Zenith Energy" şirkətinin dördüncü ofisi olacaq, digər üçü Kalqari (Kanada), Genuya (İtaliya) və Buenos-Ayresdə (Argentina) yerləşir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM