24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, ötürülməsini, paylanmasını və idarəedilməsini dayandırmayan "Azərenerji” və "Azərişıq” açıq səhmdar cəmiyyətləri, tabeliklərindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji təminatı üçün bütün lazımi addımları atırlar.
Lakin şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar necə böyük məsuliyyət daşıdıqlarını başa düşərək, əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !