Karantin normalarını pozan iranlılara qarşı tədbir görüləcək - RƏSMİ

20:06 | 28.02.2020
Karantin normalarını pozan iranlılara qarşı tədbir görüləcək - RƏSMİ

Karantin normalarını pozan iranlılara qarşı tədbir görüləcək - RƏSMİ

Iran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında bildirilir.

Qərargah həmçinin bildirir ki, koronavirusun yayılması təhlükəsinə  qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq  mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı  göstəriş verib.

Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə  mane olan hər bir şəxsə  qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir.
Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM