"Kaspersky Lab" virus barədə xəbərdarlıq edir

23:15 | 24.05.2016

"Kaspersky Lab" virus barədə xəbərdarlıq edir

"Kaspersky Lab” şirkəti bir çox bankomatın "Skimer” adlı gizli virusa yoluxduğunu aşkar edib.
 
"Report"un verdiyi xəbərə görə, bu virus vasitəsilə kibercinayətkarlar istifadəçilərin pullarını portativ oxuyucu cihazlardan ("skimer”lər) istifadə etmədən oğurlamağı bacarırlar. Zərərverici proqram istifadə olunan bank kartlarının hesab nömrələrini, PIN-kodlarını və digər məlumatları cinayətkara ötürür ki, bu da öz növbəsində onlara nağd pul çəkmək imkanı yaradır.

"Biz dələduzlar tərəfindən kodlaşdırılmış rəqəm ardıcıllığını aşkar edib bu məlumatı banklara veririk ki, onlar öz əməliyyat sistemlərini yoxlasınlar və bankomatların viruslu olub-olmamasını təyin edərək kibercinayətkarların zərərverici proqramı aktivləşdirmək cəhdlərinin qarşısını alsınlar”, - deyə "Kaspersky Lab” şirkətinin antivirus üzrə aparıcı mütəxəssisi Sergey Qolovanov bildirib.

"Kaspersky Lab” bu təhlükəni "Backdoor.Win32.Skimer” kimi təyin edir. Təhlükənin qarşısını almaq üçün şirkət "ağ siyahı” texnologiyalarını və disklərin tam şifrələnməsini istifadə etməyi, cihazları idarə edən yüksək keyfiyyətli siyasətləri tətbiq etməyi və riayətinə nəzarət etməyi, yalnız sərt diskdən məlumat yükləməyi və bankomat şəbəkəsini daxili şəbəkələrdən ayırmağı tövsiyə edir.

2009-cu ildən etibarən məşhur "Skimer” virusu bankomatlara yönəlmiş ilk zərərverici proqramdır. "Skimer” nümunələri bir çox ölkələrdə - Rusiya, BƏƏ, Fransa, ABŞ, Çin, İspaniya, Almaniya, Gürcüstan, Polşa, Braziliya, Çexiya və Filippində aşkarlanıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM