Kensinqton bağından bir səyahət yazısı - REPORTAJ

10:20 | 24.04.2015
Kensinqton bağından bir səyahət yazısı - REPORTAJ

Kensinqton bağından bir səyahət yazısı - REPORTAJ

Rüstəm Qasımov 

Britaniyaya gəldiyim ilk gündən mən hoteldə oturmadım və dərhal gəzməyə çıxdım. Mən çox geniş ərazini tutan,  Londonun fəxri olan parka getmək istəyirdim. Seçimim Hayd-Park üzərinə oldu. Amma ilk olaraq sizinlə Kensiqton parkına gedəcəyik. Bu krallıq bağı hesab olunur. Kensinqton parkı Londonun Kensiqton əyalətində, Kensiqton sarayının yanında yerləşir. 1728-ci ilə kimi bu bağ Hayd-Parkın bir hissəsi olub. İkisi bir yerdə gəzilməsi çətin olan böyük bir ərazini əhatə edir.  

Qeyd: xalqın parka girişinə icazəni kraliça Kristina 1728-ci ildə verib. Amma bu icazə də yalnız bazar günləri olub. Kensinqton sarayına yaxın olması səbəbindən uzun müddət insanların üzünə bağlı olub.  

Park özü bir çox tərəfi ilə maraqlıdır. Ondan başlayaq ki, Kensiqton bağının girişində park haqqında məlumat lövhəsi var.
 

Parkın böyüklüyü insanı heyrətə salır. Ərazisi o qədər böyükdür ki, nəinki ayaqla, elə velosipedlə də gəzib bitirmək mümkünsüzdür. Londonlular və şəhərin qonaqları Kensiqton parkını çox sevirlər. Həftənin bütün günü və ən çox da həftə sonu burada, istirahət edən çoxlu sayda insan gömək mümkündür. 



İngilislərin sağlam həyat tərzi sürməsi mənim xoşuma gəldi. Burada çoxlu sayda insan idmanla məşğul olur. Gənclər - istər qız, istər oğlan qaçışla məşğul olurlar. 


Qaçış üçün parkda yer çoxdur. İstəyirsən yaşıllığın içi ilə qaç, istəyirsən bunun üçün hazırlanmış qaçış zolağı ilə -  fərq etməz. 



Parkın hər yerində asılmış sxemlər və lövhələrdən əlavə siz belə yön göstərici lövhələrə də rast gələcəksiz. Bu lövhələr sizin zamanızın qarşısını alacaq. 


Əgər siz acmısınız və yemək istyirsinizsə, o zaman parkda olan kafedə yemək yeyə bilərsiniz. 


Burada saatlarla örtülü maraqlı tikili var. 


Saatlı qüllə kifayət qədər oijinal görünür. 

 
 
 
 

Burada Kensinqton bağlarının ən diqqətə layiq tikilisindən biri yerləşir. Bu sehrli tikilinin adı Elfin palıdı (Elfin Oak) adlanır. Onun üzərində heyvanların, elflərin və pərilərin şəkilləri var.  

 

Bu palıd o qədər qədimdir ki, onu xüsusi qəfəs vasitəsi ilə qoruyurlar.


Qeyd edim ki, bu ağac bura gələnlərin diqqətini cəlb edir və hamı onun şəkilini çəkir. 


Elfin palıdı uşaqlar üçün açılmış müasir meydançasının yanında yerləşir. Bu meydança şəhzadə Diananın şərəfinə adlandırılıb. 


Qeyd edim ki, bu meydana yalnız uşaqla olanlar daxil ola bilər. Şəxsi təcrübəm də bunu təsdiqlədi. Belə ki, ora daxil olmaq istəyərkən təhlükəsizlik işçisi məni saxladı və yalnız uşaqla girişin mümkün olduğunu dedi. 



İndi sizin diqqəti təmizliyə çəkmək istəyirəm. Parkda zibilin fərqliliyinə görə, fərqli zibil yeşikləri yerləşdirilib. Məsələn onlardan biri. 


Digər zibil yeşiyi, yenidən istehsalı mümkün olan zibillər üçün nəzərdə tutulub. 


Erkən yaz ayı olmasına baxmayaraq, park çox qəşəng görünürdü. Kensinqton sarayından bir az aralıda olan  nərgiz gülləri ona xüsusi gözəllik verir. 


Amma Kensiqtonun ən əsas bəzəyi, sözsüz ki orada olan heyvanlardır. Onların əksəriyyəti quşlardır. Birinci gözümə dəyən, mavi göyərçinlərdir. Dumanlı Albionun göyərçinləri çox iridir və insanlardan qorxmurlar, çünki insanlar onları yaxşı yemləyirlər.




Göyərçinlərdən fərqli olaraq, qara qarğalar xalq arasında sevimli quş sayılmırlar. Onlar otlar arasında gəzişərək yemək axtarırlar. 







Kensiqton bağlarının digər canlısı vəhşi ördəklərdir. 




Bura gələnlərin ən çox marağına səbəb olan heyvanlardan biri dələlərdir. Bu dələlər elə cəlddir ki, bir yerdə durmurlar və onların şəkilin çəkmək də çox çətindir. 







Parkda öz itini gəzintiyə çıxarmış insanları da görmək olar. Kensiqton parkında lövhələr və orada qeyd edilib ki, itin qayışı olmalıdır. Burada vəhşi quşlar və heyvanlar var. Onlar arasında konfliktin yaşanmaması üçün bu qaydanı müəyyən ediblər. Amma parkın heyvanlar yaşamayan hissəsində itləri açıb buraxmaq olar. 



Parkda itlər üçün zibil yeşikləri qurulub. İt sahibləri isə əllərində xüsusi torba ilə gəzirlər.


Amma parkın ən gözəl bəzəyi, ağ leyləklərdir. Onlar insanlara necə öyrəşibsə, heç fikir də vermirlər. İnsanlar leyləklərə şəkil çəkdirmək üçün onların diqqətini çəkməyə çalışırlar. Bunun üçün ən sınanmış metod yemək verməkdir. 


Burada bir lövhədə yazılıb ki, əgər siz heyvanları sevirsinizsə o zaman, onlara yemək verə bilərsiniz. Amma bunun üçün yumru hovuzun sakinlərinin qida növünü bilmək lazımdır, çünki onlar insanların öyrəşdiyi qidalara öyrəşməyiblər və onlara çörək atmaq qəti qadağandır. 


Leylək və ördəklərdən başqa burada qazlar da var. 


İnsanlar oturub və heyvanlara baxırlar, bunun üçün heç heyvan parkına da getmək lazım deyil.


Yeri gəlmişkən, təhlükəsizlik qaydaları da nəzərdə tutulub. 


Bu anda məndə cənnətə bənzər bu məkanda şəkil çəkdirmək istədim. Dünyanın ən böyük meqapolislərindən biri olan Londonun göbəyində vəhşi təbiəti görmək insanı təcübləndirir. Sakitlik və səsizlik ağır keçən gündəlik həyatımızda ən vacib dərman rolunu oynayırlar. 


Yeri gəlmişkən, burada ailə şəkilində olan quş növləri də var. Onlar həmişə bir yerdə gəzirlər. 


Parkın ərazisində özünün üst başını düzəltmək üçün yer var. Kensinqton bağlarının adminstrasiyası insanların bütün mümkün rahatlığını nəzərdə tutub. 

Parkda çoxlu sayda oturacaqlar var. Otur, fikrə dal, dünya, həyat haqqında düşün, təbiətdən zövq al və s. 

Bu harmoniyanın içində olmaq inanılmaz zövq idi və insan oranı tərk etmək istəmirdi. Amma parkın qapıları hər axşam bağlanır. Burada bu işi görən patrullar var. Buna görə də, mən parkı tərk edib Londonun küçələrində gəzintiyə çıxdım. 

Səyahət davam edir...
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti