Kerri: ABŞ Azərbaycanı dəstəkləyir

10:14 | 27.05.2015
Kerri: ABŞ Azərbaycanı dəstəkləyir

Kerri: ABŞ Azərbaycanı dəstəkləyir

ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonun Azərbaycanın Avropaya Cənubi qaz dəhlizinin yardımı ilə enerji resurslarının çatdırılması diversifikasiyası təminatında Azərbaycanın rolunu dəstəkləyir.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Amerika diplomatiyasının rəhbəri Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

"97 il öncə Azərbaycan müsəlman dünyasında ilk demokratik respublikanı yaratdı. 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik qazandıqdan sonra ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatı istiqamətində əməkdaşlıq edir”, - Kerri deyib.

NATO-nun vasitəçiliyi ilə terrorizm və regional, eləcə də beynəlxalq təhlükəsizlik uğrunda mübarizədə Vaşinqton və Bakının tərəfdaşlığını qeyd edən dövlət katibi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində, transmilli təhlükələrə və qanunun aliliyinin saxlanılmasına sadiqliyini vurğulayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti