Kerri Tramp-a cavab verir

12:51 | 22.07.2016
Kerri Tramp-a cavab verir

Kerri Tramp-a cavab verir

ABŞ Dövlət katibi John Kerry Şərqi Avropadakı NATO müttəfiqlərini əmin edib ki, ABŞ onların müdafiəsinə "tam sadiq qalır”. O, bir gün öncə respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın NATO ilə bağlı dediklərinə reaksiya verib.

"İstəyirəm NATO tərəfdaşlarımız mövqeyimizi aydın bilsinlər. Bu administrasiya, 1949-cu ildən bəri istənilən respublikaçı və demokrat administrasiya kimi, NATO alyansına və təhükəsizlik öhdəliklərimizə tam sadiq qalır”, Kerry deyib.

Şimali Atlantika Alyansının 5-ci maddəsində deyilir ki, istənilən üzvə hücum NATO-nun hər bir üzvünə hücum deməkdir.

Donald Trump iyulun 20-də "New York Times” qəzetinə söyləyib ki, prezident olarsa, Rusiya Baltik ölkələrini işğal etsə, onların köməyinə dərhal gəlməz. Trump-ın sözlərinə görə, əvvəlcə bu ölkələrin "bizə qarşı öhdəliklərini tam yerinə yetirib-yetirmədiyini” nəzərdən keçirər. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb