Kim Çen In: ABŞ ərazisi bizim əlimizdədir

17:11 | 25.08.2016
Kim Çen In: ABŞ ərazisi bizim əlimizdədir

Kim Çen In: ABŞ ərazisi bizim əlimizdədir

KXDR lideri Kim Çen In Sualtı qayıqların ballistik raketlərinin sınağı zamanı "ölkənin ABŞ-ın ərazisini və Sakit dənizdə operativ əməliyyatlar zonasını nəzarət altında saxladığını” bəyan edib, bu barədə Koreyanın Mərkəzi teleqraf agentliyi məlumat yayıb.  

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novoti məlumat yayıb. 

Kim Çen In qeyd edib ki, "buraxılış texnologiyası mükəmməl vəziyyətə çatdırılıb”. Şimali Koreyanın rəhbəri həmçinin bildirib ki, buraxılış sistemlərinin, bərk yanacaqla işləyən mühərriklərin gücü, nişanalma sistemlərinin etibarlılığı və başlıqların dəfetmə dəqiqliyi "tələb olunan operativ səviyyəydədirlər”. 

Bu ərəfədə KXDR ballistik raketin növbəti sınağını keçirib, raket 500 km məsafə qət edərək 80 km dərinliyə daxil olub. 

Phenyan bəyan edib ki, uçuş məsafəsi buraxılışın yüksək bucağı sayəsində korrektə edilmişdi, bu qonşu ölkələrə zərər verməmək məqsədi ilə edilmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb