"Kinorejissor: Kinemotoqrafiyada idarəçilik sistemi dəyişməlidir..."- MÜSAHİBƏ

18:01 | 10.01.2020

"Kinorejissor: Kinemotoqrafiyada idarəçilik sistemi dəyişməlidir..."- MÜSAHİBƏ



"Qaranlıqdan reportaj" tammetrajlı bədii film barədə internetdə az məlumat tapılsa da film onu izləyənlər tərəfindən yetərincə bəyənilib. ADO Teatrında təqdimatı keçirilən filmin rejissoru Elvin Adıgözəldi. Filmin qəhrəmanı Kərim adlı bur jurnaılistdir. Kərimin ətrafında baş verənlər hazırkı media durumunu əks etdirir deyə bilərik. Film 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Filmlər Festivalının əsas bölməsində iştirak edib. Azərbaycanı bu festivalda ilk dəfə təmsil edən filmin prodüseri İntiqam Hacılı ilə müsahibəni diqqətinizə çatdırırıq:
 
- Rejissor və prodüser kimi müstəqil kinonun bu günkü vəziyyətini necə qiymətləndirirsiz?
 
- Son illər filmlərini müstəqil şəkildə çəkən kinemotoqrafçılar var. Sənədli və ya bədii film olmasından asılı olmayaraq, bu filmlərin ərsəyə gəlməsi çox çətindir. Peşəkar aktyorları cəlb etmək mümkün olmur. Maliyyə və çəkiliş texnikası əldə etmək çətindi. Şirkətlər müstəqil filmlərə investisiya yatırmadığı üçün sponsorlardan söz gedə bilməz. Kino fondlar mövcud deyil. Lakin müstəqil kinonun vəziyyəti çətin olsa da, biz mübarizə aparır, həmçinin Mədəniyyət Nazirliyinə də kino sahəsindəki sovetdən qalma idarəçilik sistemi də dəyişmək üçün təkliflər veririk. Əsas istəklərimizdən biri isə ölkə başçısının Azərbaycan kinosunun inkişafına dair imzaladığı sərəncamla hazırlanan Dövlət kino proqramında göstərilənlərə əməl edilməsidir. Təssüf  ki, bu on illik proqramın vaxtı keçib, proqram 2008-2018-ci illəri əhatə edirdi.
 
-Bu yaxınlarda "ADO” teatrında baş prodüsseri olduğunuz "Qaranlıqdan reportaj” filminin təqdimatı olub. Yerli izləyicilərin filmə münasibəti necə oldu?
 
- "Qaranlıqdan reportaj" filmin mövzusu insan faktları üzərində qurulub. Film 2018-ci ilin iyun ayında keçirilən Marsel Beynəlxalq Film Festivalında iştirak etdi. Azərbaycandan ilk filmdir ki, o festivalda iştirak edib. Festivalda 19 filmlə yarışması Azərbaycan kinosu üçün böyük uğur oldu. Film bu yaxınlarda "ADO" teatrında yerli izləyiciyə təqdim edildi. Hardasa 60-70 tamaşaçının izlədiyi filmin müzakirəsindən də hiss olunurdu ki, tamaşaçı filmdə Azərbaycan reallığını görür.
 
- Filmdə əsas rollardan birini oynamısız. Bu personajla yaxınlığınız var?
 
- Filmin qəhrəmanı Kərimin dostu Asim Məmmədov rolunda çəkilmişəm. Bu obraz haqq və ədalət simvoludur. Onun kimilər dürüst faliyyət apardıqlarına görə, həyatlarının sonu həmişə qaranlıq olur. Real həyatda Asim Məmmədov kimi bəzi fəaliyyətlərim olub.
ilm deyildi. Sadəcə biz bir jurnalistin düşüdüyü durumdan, ətrafından film çəkmişdik. Baş rola tarix müəllimi, aktivist Elşən Ədalətlini çəkdik. O da öz işinin öhdəsindən layiqincə gəldi.
 
- Çəkdiyiniz filmə görə hər hansı bir problem yaşadınızmı?
 
- Xeyr, heç bir problem olmadı. Kinomotoqrafiya publisistika və jurnalistika kimi tərif və ya tənqid etmir, o ancaq göstərir, insanların düşüdüyü mühütdə formalaşan obrazını ortaya qoyur.
 
- Sizcə, belə bir filmin çəkilməsinə tələbat var idimi? İnsanlar filmin mesajlarını anlayacaqmı?
 
- Tamaşaçı həmişə film gözləyir. Yadınızdadırsa bir neçə il öncə komediya filmləri kinoteatrlara çıxanda onlara böyük tələbat var idi. Lakin indi həmin filmlərə baxış sayı azalıb, çünki insanlar mövzunun nə qədər bayağı olduğunu, qeyri-peşəkar aktyorların oyununu görüb onlardan imtina etdilər. Kinematoqrafiyada tamaşaçıya hər hansı mesajı vermək kimi öhdəlik yoxdur. Filmdə baş verənlər sadəcə insanları düşündürmək, analiz etmək üçün hesablanır.
 
- Gələcək üçün film çəkmək, festivallarda iştirak etmək planınız varmı?
 
 - Kino naminə çalışan şəxslərin filmləri istər-istəməz festivallarda iştirak edir. Rejissorun maraqlı ideyaları olarsa, çəkilən film də dünyada keçirilən festivalların diqqətini cəlb edir. "Qaranlıqdan reportaj" filmi isə 2018-ci ilin istehsalıdır. Bu filmdən sonra rejissor kimi bir sənədli film çəkdim. Bədii film ssenariləri yazdım, hansı ki onları rejissor kimi ərsəyə gətirəcəm.
 
- Son olaraq oxuculara hansı filmləri izləməyi tövsiyə edirsiz?
 
- Ən yaxşı tamaşaçı araşdıran tamaşaçıdır. Onlar araşdırıb özləri tapır. Tövsiyyəm odur ki, bayağı filmlərdən uzaq olsunlar, vaxtlarını onları düşündürən filmlərə sərf etsinlər. Bu sadəcə tövsiyədir.
 
Tural Türksoy

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb