Kinorejissor Elcan Məmmədovla kino məktəbinə "BAŞLA"

23:07 | 31.08.2016
Kinorejissor Elcan Məmmədovla kino məktəbinə

Kinorejissor Elcan Məmmədovla kino məktəbinə "BAŞLA"

Məktəbin tələbələri sənədli film rejissurasını öyrənəcək, həmçinin operatorluq və montajla bağlı bilgilərə yiyələnəcəklər.

ANN.Az xəbər verir ki, bu məktəbin əsas məqsədi tələbələrə sonda öz filmlərinin müəllifi olmaq imkanı yaratmaqdır.

Tədrisin bir hissəsi məşhur rejissor Jan Ruş tərəfindən əsası qoyulan "Cinema Verite” kino həqiqətləri üslubu üzərində qurulacaq. 

Sənədli filmə həvəsi olanlar üçün bu əvəzolunmaz bir həyat hekayəsidir.

Kinorejissor Elcan Məmmədov son on il ərzində 20-dən çox sənədli filmlərin müəllifidir. O, "real kino” janrının ölkəmizdə ən böyük təmsilçilərindən hesab edilir.

Gələcəkdə Avropa kinoməktəblərində təhsil almaq istəyənlər üçün bu böyük bir fürsətdir. Çünki həmin məktəblərə qəbul olmaq istəyənlər mütləq bir və ya iki müəllif filmlərini təqdim etməlidirlər.
Həmin məktəblərdə tələbələrə təqaüdlər də ayrılır.

Kino məktəbinə qəbul müraciətləri üçün yaş həddi yoxdur. Müraciətlər elan verilən gündən sentyabr ayının 10-a qədər açıqdır.

Aylıq Təhsil Haqqı: 50 Azn

Tədris 6 ay müddətinə nəzərdə tutulub. Dərslər həftədə 2 dəfə keçiriləcək. Həftədə 1 dəfə əlavə olaraq kino nümayişləri, təqdimatlar və digər təcrübələrə də yer veriləcək.

Məktəbi bitirənlər "Başla Akademiya”nın sertifikatını əldə edəcək.

Qeydiyyat üçün ünvan: "Başla Café” (Xəqani Ticarət Mərkəzi, 4-cü mərtəbə)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb