Gülnarə Abdullayeva: "Dövrümüzün problemi əxlaq və mənəviyyat anlayışlarının dəyişməsidir" - MÜSAHİBƏ

14:41 | 30.08.2016
Gülnarə Abdullayeva:

Gülnarə Abdullayeva: "Dövrümüzün problemi əxlaq və mənəviyyat anlayışlarının dəyişməsidir" - MÜSAHİBƏ

Gülnarə Abdullayeva barəsinə bir müsahibə çərçivəsinə danışmaq qeyri-mümkündür. Ancaq heyratamiz şəkildə hiss etmək olar ki, o, susqunluqlardan, pauzalardan, anlıq emosiya coşqunluqlarından ibarətdir. Xarici görkəmcə Gülnarə xanım çox sakit görünür. Amma sualı eşidən kimi o gözlərini qaldırır, işıl-işıl işıldayan bu gözlərin arxasında isə sevən qəlbin cizgiləri görsənir. 

 - Heç də hər kəsə görkəmli valideynləri ilə müqayisə olunmaq qismət olmur. Necə hisslər keçirirsiniz, siz kimin qızısınız?

- Böyük məsuliyyət hissi, lakin mənim üçün valideynlərimin soyadından sui-istifadə etmək yolverilməzdir. Peşəkar nöqteyi-nəzərdən nə qədər yüksəkliklərə qalxsam belə, mən görkəmli aktyor və böyük insan Lütfəli Abdullayevin qızı olaraq qalacam. Çalışacam ki, hər zaman böyüklərimin ad-sanına layiq olum. 

Biz çox erkən yaşlardan atasız qaldıq, mənim 11, bacım Xurşudun isə 13 yaşı vardı, təbii olaraq biz o yaşlarda atamızın artistilik qabiliyyətlərindən xəbərsiz idik. Mənim üçün o, sevimli, əziz ata idi. Anam heç vaxt bizi danlamazdı, heç vaxt nəyin pis, nəin yaxşı olduğunu deməzdi, ancaq bu sözləri daim təkrar edərdi, "Unutmayın ki, siz kimin qızısınz” sözləri bizim həyatımız leytmotivinə çevrildi.  

- Valideynlərinizin sevgi tarixçəsi müasirlik baxımından unikaldır, çünki son onilliklərdə qadınlar və kişilər tamamilə dəyişiblər. Sanki bütün dünyada ailənin bir cinsli nümayəndələrin deyil, qadın və kişinin ittifaqı olduğu unudulub. KİV-lər aqressivcə müasir qadının silikonlarla yüklənmiş axırıncı ifritə, kişinin isə yaraşıqlı maço, hər cür yləncəyə tonla pul xəcləyən uğurlu biznesmen olması gərəkdiyini sırımağa çalışır. Ənənələrə hörmət, sədaqət anlayışı, ləyaqət anlayışlarına artıq orta əsr arxaizmi kimi baxılır. Nəyə görə 40 yaşlılar nəsli belə asanlıqla vacib dəyərlərdən imtina etdilər? 

- Ola bilsin mən haqsızam, amma zənnimcə, ailədə genetik keçən ənənələr olmalıdır. Əgər bu varsa, heç bir "müasirlik” onları məhv edə bilməz. Təəssüf ki, bu prinsipə riayət edənlər azlıqda qalıblar, bu məni kədərləndirir... 

Bizim dövrümüzün problemi əxlaq və mənəviyyat anlayışlarının dəyişməsidir, insanlarda inanc qalmayıb. Sovet dövründə insanlar məscidə getməz, namaz qılmazdılar, bunları ancaq qocalar edərdilər. Ancaq Azərbaycanda ən qatı kommunistlərin belə daxilində inanc daşımaları örnəkləri vardı.  Əsrin dörddə biri ərzində Dillər Universitetində kafedra müdiri işləyən anam partiya üzvü olsa da, qəlbində inanclı idi. Əgər mən harasa gedərdimsə, o məni "Quran”ın altından keçirərdi, matəm günlərində musiqini kəsərdi. Ancaq ən vacibi bizim valideynlərimizin nəsilləri bilirdilər ki, sonradan İlahinin qarşısında cavab verəcəyimizi nəzərə alıb yaşamaq lazımdır. Mən namaz qılanları, həccə gedənləri, məscidlərə baş çəkənləri alqışlayıram, ancaq bir şərtlə ki, bunu səmimi qəlbdən eləsinlər. Bu gün bir çoxları öz dindarlıqlarından danışırlar, ancaq mənəviyyat baxımından niyə geri qalırlar bəs? Hər cür ayini yerinə yetirmək olar, ancaq qəlb mənəvi dəyərlərə cavab vermirsə, bütün bunlar mənasızdır. 

 - Biz demokratik dövlət qurmuşuq, istədiyimiz yerlərə gedib-gəlirik, oxuyuruq, digər ölkələrin təcrübələrindən yararlanırıq. Ancaq bununla belə bizə bir sıra yad faktorlar da gəlib. Öz mədəniyyət və ənənələrimizi bu faktorlardan necə mühafizə edək? 

 -  Elə bir resept var ki, bunu çətin də olsa, həyata keçirməliyik – uşaqlarımıza şəhərlərinə, vətənlərinə, torpaqlarına sevgini aşımalıyıq. Məhz sevməyi, sui-istifadə eləməyi deyil. Təəssüf ki, bunu heç harda öyrətmirlər. Nifrət və vətənpərvərlik – ayrı-ayrı anlayışlardı. Uşaqlara nifrəti yox, sevgini aşılamaq lazımdır. Bizim ata və babalarımız müharibə yolu keçiblər, aclıq, Stalinizm dəhşətlərini görüblər, ancaq bu onları sındırmayıb, çünki onlar vətənlərinə, xalqlarına bağlıydılar. İndi hər şey dəyişib amma... 

Əvvəllər Bakıya rayonlardan çox sayda insanlar gələrdi, mənim atam da doğulub böyüdüyü Şəkidən gəlmişdi. Bakıya gəlib çatanda onlarda elə bir təəssürat olardı ki, sanki hansısa məbədə gəliblər və onlar bu məbədi sevməlidirlər, çünki burada oxumalı, öyrənməli, ona özlərindən nəsə qatmalıydılar. Bu gün Bakıya gəlib düşənlərdə isə tamamilə başqa təəssüratlar olur, sevgidən uzaq təəssüratlar. Başa düşə bilmirəm, belə hisslər hardandır? Biz ki bu ölkənin vətəndaşları, bu xalqın nümayəndələriyik! Bizdə bir-birimizə, adət-ənənələrimizə qarşı bu qədər hörmətsizlik haradan qaynaqlanır? 

Uşaqlığımızda biz hər yayı Bilgəhdəki bağ evimizdə keçirərdik, biz böyüyəndən sonra anam bizə dedi: "Uşaqlar bura şəhər kənarıdır və buranın öz adətləri var. Ona görə heç vaxt həyətdən çölə qısa şortda, yubkada çıxmayın”. Və mən hələ də bu qaydaya əməl edirəm! Bir dəfə bizə amerikalı əriylə əmimqızı gəlmişdi. Bir dəfə o çimərliyə şortla getdi, anam, avropalı tərzində olan qadın onu görəndə heyrətlə dedi: "Aman allah, biabır olduq! Gedib üzr istəmək lazımdır!”. Və Sevda xanım Pepinova geyindi, ünsiyyət nöqtəsi olan mağazaya gedib situasiyanı izah elədi. "Yox Sevda xanım, - oarada ona dedilər – biz çox gözəl başa düşdük ki, o yerli adam deyil”. Mən hələ demirəm ki, belə yerlərdə yolda rastaşanda hər kəslə salamlaşmaq lazımıydı! Bakı məhəllələrində də eyni cür idi, ancaq yeni sakinlər bunun nə demək olduğunu belə bilmirlər! Ümid edirəm ki, Azərbaycan bu ənənələrə geri qayıdacaq, mən əminəm ki, biz öz münasibətlərimizin Renessansı ərəfəsindəyik.

- Müasir qadın olmaq mükafatdır, yoxsa lənət? Niyə daha qadınlar xobəxt deyillər? 

- Məhəbbət olan yerdə "ağıllı”, "səfeh” kimi anlayışlar olmur, ancaq ağıllı, güclü qadının yanında ən azı ondan biraz güclü kişi də olmalıdır. Düzdür, belə qadınla çətindir, çünki onunla ünsiyyət qurmağı bacarmaq lazımdır, primitiv insanla adətən daha asan olur. Bəzən mənə ümumiyyətlə elə gəlir ki, insanlar sevməyi yadırğayıblar. 

-  Nəyə görə? Hər kəs adalara olan romantik səyahətdən, bahalı hədiyyələrdən, diqqətdən danışır axı. Ancaq demək olar hər zaman coşğun ehtiraslar acı qadın tənhalığıyla nəticələnir... 

-  Ola bilsin... Mənim üçün ideal kişi həmişə atam olub. Bir tərəfdən bu əladır, çünki mən əsl kişinin necə olduğunu bilirəm. Digər tərəfdən isə müqayisə eləyəndə digərləri daim məğlub olub. Zəif kişi mənimçün maraqsızdır, hansı situasiyalarda onun məndən güclü olduğunu bilməliyəm. Mən özümü təmin edən insanam – özüm qazanıram, bütün problemləri özüm həll edirəm, demək, kişi ən azından belə olmalıdır, zəif olmamalıdır. Əks təqdirdə o nəyə lazımdır? Hərçənd indi güclü kişilər çox azdır, bu nəylə bağlıdır, başa düşmürəm. 

- Bəlkə indi kişiləri qadınlar tərbiyə edir, ona görə? 

- Xeyr, buna görə yox! Mən Azərbaycanın milli qəhramanı Tahir Həsənov barədə film çəkmişəm. Onu 3 qadın böyütmüşdü – nənəsi, anası, xalası. Yaraşıqlı, şəhər uşağı idi, parlaq gələcəyi vardı, ancaq o müharibəyə gedib böyük qəhrəmanlıqlar göstərdi, özünü qumbaranın üstünə atmaqla qəhrəmancasına həlak oldu. 

-  Atalar və oğullar problemi bu dünya qədər qədimdir. Sizin ailənizdə bu necə həll olunur? 

-  Çox şükür, bizdə bu problem olmayıb! Ancaq zənnimcə, müasir nəsil bizim nəslimizə nisbətən daha səbrsiz, təmkinsizdir. Mənim qızım Mina bir vaxt çıxıb getmək istəyirdi. Ola bilsin, o tez böyümək, dünyanı görmək, özünü reallaşdırmaq istəyirdi, mənim onun insanın kökü, yaxınların məzaları barədə nəsihətlərim ümumiyyətlə nəticəsiz qalırdı. O, mənim xəbərim olmadan Vahid Mustafayevin "Qanlı Yanvar” filminin kastinqini keçəndə geri dönüş baş verdi. Mən onun aktrisalıq etməsinin kəskin əleyhinəydim, ancaq mən fakt qarşısında qaldım. 

- Bəs onun ixtisası nədir? 

 - Şərq döyüş sənətləri üzrə məşqçi və Azərbaycan Aykido yığmasının üzvüdür. Düzdür, o hər zaman incəsənətlə maraqlanıb, ancaq mən güman edirdim ki, onda istedad yoxdur. Səmimi desəm, onun aykidoyla məşğul olması ürəyimcədir, ola bilsin, döyüş idman növləri içərisində bu ən yaxşısı deyil, ancaq xarakterin möhkəmlənməsi üçün yaxşı imkandır. Bir gün "Facebook”da onun filmlər barədə resenziyalarına gördüm. Mina dünya kinomateqrofiyasını əla bilir və mənim ilk oxuduğum onun sevimli Tarkovskisi barədə oldu. Mən şokdaydım! Bəlli oldu ki, mənim qızım hazır kino tənqidçisidir! Bundan sonra mən ona nəsə başqa cür baxmağa başladım və ona rejissor və ssenarist olmaq barədə də düşünməyi təklif etdim. Ona Teatr universitetinə daxil olmamağa icazə verməməyimə görə təəssüflənmirəm, çünki bu sənətdəki tez-tez baş verən uğursuzluq insanın taleyini alt-üst edə bilir...

- Filmin möhtəşəm təqdimatından sonra, siz Minanın filmə çəkilməsindən razısınızmı?

- Əlbəttə! Vahid Mustafayev məni inandıra bilib ki, mən ona mane olmamalıyam və uzun inadkarlıqdan sonra mən razılaşdım. Çəkilişlər zamanı mən onunla bağlı ancaq xoş rəylər eşitdim, hamı Minanın ciddi dram aktrisası olduğunu deyirdi. Yeri gəlmişkən, amerikalı artist, məşhur "Santa-Barbara” serialında Meyson rolunu oynamış Leyn Devis də eyni şeyi dedi. 

Çəkilişlər bitəndən sonra Mina dedi ki, yalnız indi vətənin nə demək olduğunu bilir. Bundan sonra hara istəyir getsin, çünki bu film onu şəxsiyyət kimi yetişdirdi, mən buna görə Vahid Mustafayevə minnətdaram. İndi o hər şeyə başqa gözlərlə baxır, ancaq yenə də əvvəlki kimi xaricdə təhsil almaq istəyir. 

- Siz niyə özünüzə qeyri-qadın peşəsi seçmisiniz? 

- Hər şey təsadüfən baş verdi... Çünki məndə güclü duyum qabiliyyəti vardı, valideynlərim məni "Bülbül” məktəbinə yazdırmışdılar, mənim sonrakı taleyim müəyyənləşmişdi – musiqiçi olmalıydım. Xüsusi duyum qabiliyyətimə görə, məktəbin mərhum direktoru Nazim Əliverdibəyov atamı məni skripka sinfinə yazdırmağa razı salmaq istəyirdi, ancaq bu ideya atamın xoşuna gəlməmişdi: "Yox, yox! Bizim evdə möhtəşəm piano var, o pianoçu olacaq”. Mənim yaxşı qabiliyyətlərim vardı, ancaq təbiətcə mən çox narahat insanam. Mən Baxı ifa edəndə pedaqoqum Zulya Atakişiyeva təəssüratdan göz yaşlarını silirdi, ancaq mən etüdləri ifa edəndə o nigarançılıqdan dəli olurdu. 5-6 saat məşğul olmaq lazımıydı, mən isə o qənaətdəydim ki, ideallaşmaq lazım deyil, Allah nə veribsə odur. Bundan başqa, mən səhnədən həmişə qorxmuşam, zamanla isə başa düşdüm ki, bu mənlik deyil... 

Sonra mən arxeologiya xəstəliyinə yoluxdum. Bu da qeyri-qadın peşəsidir, ancaq anam xəstəxanalıq olanda mən tarixçi Sara Aşurbəyli ilə tanış oldum. Onu danışdıqları elə maraqlıydı ki, mən arxeologiya ixtisasına qəbul olunmaq qərarına gəldim. Ancaq atamın vəfatından sonra ailəmizin böyüyü olmuş Şəmsi Bədəlbəyli mənim qərarımı eşidəndə dəhşətə gəldi: "Bu nə deməkdir? Mənim qızım çöldə biyabanda, çadırda yaşayacaq?!”. O elə dəhşətli şəkillər çəkirdi ki, mən tərəddüd eləməyə başladım, ancaq gənclik inadkarlığı öz sözünü dedi. Amma məlum oldu ki, yeganə güclü tarix-arxeologiya fakültəsi Daşkənddədir. Təbii ki, heç kim mənə Bakıdan çıxmağa imkan verməyəcəkdi, ona görə də bu arzunu həmişəlik unutmalı oldum. Bir müddət sonra isə Şəmsi Bədəlbəyli mənə rejissorluq fakültəsinə daxil olmağı təklif etdi... Bu heç mənim ürəyimcə deyildi, ancaq heç cür çox sevdiyim Şəmsi Bədəloviçin xətrinə dəymək istəmədim.  

- Bunun sizin arzunuz olmadığına görə peşmansınızmı?

- Əlbəttə, xeyr! Mən öz peşəmi çox sevirəm, ancaq 40 yaşımda başa düşdüm ki, psixologiya ilə məşğul olmağım daha maraqlı olardı. Ancaq düşünürəm ki, mənim bəxtim gətirib, mənim oxumağım rahat oldu, çünki yanımda Şəmsi Bədəloviç kimi bir adam vardı və onun rejissure barədə xüsusi kitablardan ibarət və Bakıda yeganə olan kitabxanası mənim sərəncamımda idi. Universitetdəki ilk pedaqoqum böyük Azərbaycan rejissoru Tofiq Kazımov oldu. O deyirdi ki, rejissorluğu universitetdə yox, çəkiliş meydançasına öyrənirlər, biz onunla hər səhər repestisiyaya gedirdik. Təəssüf ki, mən onunla cəmi bir il dərs keçdim, o faciəli şəkildə vəfat etdi...

1987-ci ildə artıq Şəmsi Bədəloviç yox idi... Və mən tezliklə başa düşdüm ki, teatrda daha işləyə bilmərəm, televiziyaya keçmək qərarına gəldim. Elşad Quliyevlə rastlaşanda ona dedim ki, dərhal rejissorluğa başlaya bilmərəm, axı mən bu işin "mətbəx”ini bilmirəm. Onda mənim yardımıma "Bülbül”dəki təhsilim gəldi və mən musiqi redaksiyasına düşdüm. 

- Sizin üçün həyatda indi vacib olan nədir?

-  Ailə... Mənim həyatımda çətin dövrlər olub, elə vaxtlar olub 3 işdə işlədiyimdən uşaqlarıma diqqət ayıra bilməmişəm, indisə bütün vaxtımı uşaqlarıma və bacıma həsr etmək istəyirəm. Həm də ola bilsin, mən sadəcə olaraq yeni dostluqlardan və peşmançılıqlardan qorxuram... 

- İllər keçdikcə itirmək ağırdır?

- Vacib olan qeyzlənməməkdir, çünki qorxulu olan paxıllıq və kindir. Belə duyğularla yaşamaq olmaz, bağışlamağı bacarmaq lazımdır... Düzdür, elə insanlar var bunları zəiflik hesab edir və başqalarına hücum edirlər. Belə anlarda mən həmişəlik tərk edirəm. Necə deyərlər: birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə böyük ürəklilik, üçüncü dəfə isə səfehlikdir. Elə zamanlar olub mən dəfələrlə bağışlamışam, ancaq öz səhvini başa düşəndən sonra təkrarlayan insan nadir olur. 

Mənim üçün insanın öz ailəsinə, dostlarına, həmkarlarına necə münasibət sərgilədiyi, necə danışdığını müşahidə etmək vacibdir... Əgər kimsə acidildirsə, tez, ya gec sənə qarşı da acidil olacaq. Əgər kimdənsə şübhələnirsənsə, xəyal qırıqlığıyla üzləşməmək üçün onu özündən uzaqlaşdırmaq lazımdır. 

Ancaq həyatımda nə baş verməyindən asılı olmayaraq, uşaqlığımın sevgiylə, qayğıyla dolu xoşbəxt çağları məni tez-tez pisliklərdən qoruyub. Qəbimdəki bu işıq heç bir zaman sönməyəcək... 

Materialı Bəhram Bağırzadə təqdim edib. 

 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM