KİV: "Barselona" baş məşqçi və futbolçu ilə yollarını ayıracaq

21:48 | 08.05.2019
KİV:

KİV: "Barselona" baş məşqçi və futbolçu ilə yollarını ayıracaq

İspaniyanın "Barselona" klubu mövsümün sonunda baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıracaq. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasından narazıdır. 
Yeni müqavilənin imzalanmasına baxmayaraq, Direkturlar Şurası 55 yaşlı mütəxəssisin klubdakı taleyini müzakirə edəcək və böyük ehtimalla o, komandadan ayrılacaq. Rəhbərlik həmçinin ümidləri doğrultmayan Filippe Koutinyo ilə də əməkdaşlığa son verəcək. 

Qeyd edək ki, "Barselona" Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Liverpul"a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM