KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

10:35 | 17.11.2018
KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfər gedəcək. 

Oxu.Az-ın "turkmenportal” nəşrinə istinadən xəbərinə görə, səfərə hazırlıq barədə hökumətin iclasında Türkmənistan xarici işlər naziri, baş nazirin müavini Rəşid Mərədov  məlumat verib.

Türkmənistanın Dövlət İnformasiya Agentliyi bildirir ki, danışıqların yekununda ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənədlərin imzalanması gözlənilir. 

Prezident Qurbanqulu Berdıməhəmmədov qeyd edib ki, dostluq əlaqələri yeni mərhələyə qədəm basmış Türkmənistan və Azərbaycanın əməkdaşlıq üçün böyük perspektivləri var.

Q.Berdıməhəmmədov qarşıdan gələn görüşün iki ölkənin münasibətlərində yeni mərhələ açacağına əmin olduğunu bəyan edərək, Rəşid Mərədova Azərbaycan prezidentini qarşılamaq üçün hazırlıq işlərini yüksək səviyyədə qurmağı tapşırıb.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb