Kılıcdaroğli yenidən lider seçildi

20:50 | 05.09.2014
Kılıcdaroğli yenidən lider seçildi

Kılıcdaroğli yenidən lider seçildi

Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankarada keçirilən fövqəladə qurultayında Kamal Kılıçdaroğlu yenidən partiyanın lideri seçilib.APA-nın xəbərinə görə, keçirilən səsvermədə K. Kılıçdaroğlu 740 səs, onun rəqibi Məhərrəm İncə isə 415 səs alıb.

Lakin bu nəticə K. Kılıçdaroğlu və onun tərəfdarlarını məmnun etməyib. M. İncə gözləniləndən daha çox səs alıb. Belə ki, M. İncə cəmi 177 imza ilə partiya sədrliyinə namizəd göstərilsə də, qurultay nümayəndələrinin üçdə birinin sisini ala bilib. K. Kılıçdaroğlunun sədrliyə namizədliyi üçün 944 nümayəndə imza versə də, onların yalnız 740-ı öz imzasına sadiq qalıb. Bu durum CHP daxilində mövcud rəhbərliyə qarşı ciddi narazılıqların olduğunu göstərir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb