​Klinton Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

12:11 | 15.06.2016
​Klinton Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

​Klinton Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ölkə paytaxtı Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində keçirilən ilkin sekilərdə qalib gəlmək üzrədir.

"Report" xəbər verir ki, bu proqnozla aparıcı Amerika KİV-ləri çıxış ediblər.

Xüsusilə, CNN telekanalının məlumatına görə, sabiq birinci xanım seçki bülletenlərinin 61%-nin hesablanmasından sonra səslərin 78,8%-ni toplamaqdadır.

Onun rəqibi senator Berni Sanders isə səslərin 21%-ni toplayır. Klintonun qələbə qazandığını NBC və Fox News kanalları da qeyd edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM