Könüllü köləlik və ya yerli ailə reallıqları - KÖŞƏ

15:54 | 02.02.2017
Könüllü köləlik və ya yerli ailə reallıqları - KÖŞƏ

Könüllü köləlik və ya yerli ailə reallıqları - KÖŞƏ

Kim hara, biz isə orta əsrlərdə ilərləyirik.  Özü də əmin addımlarla. Bu əfsanəvi diyarda  ismətli, qulaqları kəsilənlər, namus nümayəndələri, ovsunlu afətlərdən qorunmaq vasitəsi kimi köləlik adı altında "Ailə”ni qoruyur.

Bu kədərli fikirlərə varmağa, məni səhər tıxacında dinlədiyim bir diskussiya vadar etdi.

Mövzu isə heç vaxt aktuallığını itirməyən "Nikah bağlandıqdan sonra qadın həyatı” idi.

Hər dəfə bənzər məqalələr və ya verilişlər izlədiyim zaman başa düşürəm ki, o mənim yaxın ətrafımdan ibarət olan cəmiyyətin bir hissəsi - yadplanetlilərdir. Yoxsa heç cür həyat haqqındakı düşüncələrimiz bu cəmiyyətin digər hissəsinə izah edə bilməzdik.

Bir gənc qadın sadəlövhcəsinə qeyd etdi ki, valideynlərini görmək üçün qayınanasından icazə istəyir. Yaxşıca diqqət yetirin: "icazə almaq – qayınanadan”. Valideynlərilə görüşmək üçün. Hətta dostlarla və rəfiqələrlə deyil. Valideynləri ilə.

Sizcə, bu sual kimisə təəccübləndirib? Əsla. Dərhal qıza elə yerindəcə məsləhətlər verməyə başladılar. Bir qadının yazdıqlarını isə eyniyə sizin diqqətinizə çatdırıram:

"Qayınanam məni 10 gündə üç saatlıq buraxırdı. Reqlament. Mən bir xanım tanıyırdim ki, onu ümumiyyətlə anasının yanına buraxmırdılar. Onlar gizlicə ya  mağazalarda ya da küçədə bir-iki dəqiqəliyə görüşürdülər. O, öz nəvəsini ilk dəfə üç il sonra görmüşdü. Elə gəlir ki, bu, həyatdır".

Bu cümlə ilə məni təəccüb bürüdü. Həddi-büluğa çatmış insan, XXI əsrdə, müstəqil dünyəvi ölkədə yaşayan bir qadın sadəcə qayınanasının izni ilə sadəcə 10 gündə 3 saat valideyini görməsi. Və ən əsası qızın da bunu normal qəbul etməsidir. Yəni "ərli qadınların həyat aqibəti belə olmalıdır” düsturunu bu şəkildə qəbul edir.

Görünür, eynilə bu düşüncə tərzini onun valideyinləri də qəbul edir. Hətta mən şəxsən bir ata tanıyırdım ki, mütəmadi olaraq, əri tərəfindən şiddətə məruz qalan qızının göz yaşlarına və yalvarışlarına baxmayaraq, onun evə gəlməsini,  biabırçılıq hesab edirdi. "Öləcəksən, elə ər evində öl” deyirdi.

Bax belə, bizim qadınlarda könüllü olaraq, ailə əsarəti içində xəstə cəmiyyətdə yaşayırlar. Axı onlar dost-tanış və ailə ilə görüşmənin bir ehtiyac olduğunu izah edə bilmirlər. Əks tərəf isə bunu əxlaqsızlıq kimi qiymətləndirir.

Onlar da eynilə sevgidən, hörmətdən yoxsul övladlar yetişdirirlər. Dövrə qapanır.

Haradasa, kainatın paralel yerlərində, qadınlar gözəl təhsil alır, öz karyeralarını qurur, yeni elmi kəşflər edir, siyasi həyatda iştirak edir, maraqlı insanlarla ünsiyyət saxlayır, görüşürlər, ayrılırlar, sevgi ilə həyat yoldaşını tapırlar. Normal həyatı olan uşaqlar doğulur. Bu, həyatdır, mövcudluq deyil.

Bizdə isə qapalı qruplarda qadınlar müzakirə olunur, öz valideyinlərilə görüşmək üçün gizli yollar axtarılır. Hətta xəyanətkar ərinin evə gəlməsi üçün onun şorbasına aybaşı qanı qarşdırırlar (bu ifadəmə görə oxuyucu məni bağışlasın, ancaq uyğun vəziyyət ilə şəxsən qarşılaşmışam) ya da qəbiristanlıq torpağını evə daşıyırlar, onun paltarlarına "qurd yağı" sürtürlər və s. 

Qız uşaqlarının gələcəyi haqqında onun valideynləri düşünməlidir - ona təhsil verməlidir ki, hec kimə möhtac olmadan öz həyatını qursun, özünü müdafiə etməyi bacarsın. Ən başlıcası isə özünə hörmətlə yanaşmağı aşılamalıdır. Bir fərd kimi, cəmiyyətin bir üzvü kimi, ana kimi, həyat yoldaşı kimi. Onda bəlkə, bir neçə nəsildən sonra biz nəyisə dəyişə bilərik.

Aliyə İsmailzadə
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb