Kolumbiyada 52 illik münaqişəyə son qoyulur

11:17 | 25.08.2016
Kolumbiyada 52 illik münaqişəyə son qoyulur

Kolumbiyada 52 illik münaqişəyə son qoyulur

Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında 52 ildən sonra sülh sazişi imzalanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, tarixdə ən uzunmüddətli münaqişələrdən sayılır.

Məlumata görə, tərəflər anlaşmanı imzaladıqdan sonra birgə açıqlama veriblər: "Kolumbiya hökuməti ilə FARC-ın nəhayət ki, tam və qəti bir anlaşma əldə etdiyini bəyan edirik. Bu savaş başa çatdı. Artıq yeni yol başlayır. Bu anlaşma daha ədalətli cəmiyyətin qurulmasına yol açır".

Sənədi Kolumbiya hökumətini təmsil edən nümayədə heyəti adından Umberto de la Kaye, FARC adından isə İvan Markis imzalayıb.

Umberto de la Qalle yaydığı açıqlamda deyib: "Hədəfimizə yetişdik".

Tərəflər anlaşma ilə bağlı yekun bəyanatı Kubanın paytaxtı Havanada veriblər. 

Xatırladaq, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparır. 220 min insan bu münaqişənin qurbanı olub. Milyonlarla insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb